“Çimərlik turizminin inkişafını təklif edəndə məni lağa qoyurdular, ancaq…” – RƏCƏBLİ

“Azərbaycanda “Turizm haqqında” qanun layihəsi qəbul edildikdən sonra bu sahədə ciddi dəyişiklik gözlənilir”.
Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM)  Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli jurnalistlərə açıqlamasında bildirib.
H.Rəcəbli deyib ki, Azərbaycanda turizim sahəsində xidmətlərin səviyyəsi o qədər də aşağı deyil:
“Biz xidmətin keyfiyyətinin daha da yaxşı olmasını istəyirik. Burada əsas məsələ qiymətlərlə bağlıdır. Biz çalışırıq ki, üç ulduzlu otellərin sayı artırılsın. Bununla bağlı ölkə başçısının verdiyi tapşırıqlar var. Üç ulduzlu otellər qiymətlərin aşağı düşməsinə təsir göstərəcək. Bundan başqa, turizim sahəsində bir sıra güzəştlər nəzərdə tutulur ki, bu da qiymətlərə təsir edəcək. Yeni qanunun hazırlanmasında əsas məqsəd söylədiyim mövcud problemlərin aradanq aldırılmasına hesablanıb”.
Ölkə başçısının Azərbaycanda çimərlik turizminin inkişaf etdirilməsi ilə bağlı qərarına da toxunan komitə sədri bu sahədə görülən işlərin təqdirəlayiq addım olduğunu söyləyib:
“Prezident İlham Əliyevin çimərlik turizminin inkişaf etdirilməsi ilə bağlı 30 mart tarixində qəbul etdiyi fərman var. Əgər yadınıza gəlirsə, vaxtilə mən çimərlik turizminin inkişaf etdirilməsini təklif edəndə məni lağa qoyurdular. Ancaq indi görürsünüz, cənab Prezident bu sənədi qəbul edib. Çimərlik turizminin inkişaf etdirilməsi ilə bağlı icra hakimiyyəti başçılarına bir sıra tapşırıqlar nəzərdə tutulur, təhlükəsizlik məsələlərinin həlli olacaq və s. Bundan başqa, məktəbli turizminin inkişafı da vacib məsələdir”.
Etikxeber.az

Read Previous

“Kasıblar ölkə vətəndaşı deyil, onlar istirahət etməməlidir?” – DEPUTATDAN TƏPKİ

Read Next

“Təəssüf ki, bu sahədə iş zəif təşkil olunub…” – AKADEMİK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir