Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Dünən axşam saatlarında Mingəçevirin İkinci Vətən Müharibəsi Qəhrəmanlarından, İgidlərindən və Şəhidlərindən olan Əzəmi Əli oğlu Hüseynovun adını daşıyan “Şəhid bulağı”nın açılışı olub.
Etikxeber.az-ın xəbərinə görə, dünən həm də Əzəmi Hüseynovun Şəhidliyinin 7-ci ayının tamamı idi.
Şəhidimizin adını daşıyan “Şəhid bulağı”nın açılış mərasimində ailə üzvləri, yaxınları, Mingəçevir ziyalıları, şəhər sakinləri, Şəhid ailələri, Qazilər və məktəblilər iştirak ediblər.
Açılışda Şəhidin ailə üzvləri, Şəhid ailələri, Mingəçevir ziyalıları, məktəblilər çıxış ediblər, bütün Şəhidlərə Allahdan rəhmət diləyiblər.
Açılış mərasimi təxminən iki saata yaxın davam edib.
Qeyd edək ki, Əzəmi Hüseynov 1992-ci ilin 29 avqust tarixində Mingəçevir şəhərində anadan olub.
1999-2010-cu illərdə Mingəçevir 14 nömrəli tam orta məktəbdə təhsil alıb.
2010-2014-cü illərdə Mingəçevir Dövlət Universitetində oxuyub.
2014-2015-ci illərdə Azərbaycan Ordusu sıralarıda müddətli həqiqi hərbi xidmətdə olub.
2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAXE) olub.
İkinci Vətən Müharibəsinin ilk anlarından da döyüşlərə atılıb, döyüşüb, vuruşub...Və oktyabrın 8-də Suqovuşan istiqamətində döyüşlər zamanı Şəhid olub, Şəhidlik məqamına ucalıb.
Suqovuşan uğrunda döyüşlərdə qəhrəmancasına həlak olan Şəhidimiz ölümündən sonra bir neçə medalla təltif olunub.
Şəhidimiz Mingəçevir Şəhidlər Xiyabanında uyuyur.
Nur içində uyusun, məkanı cənnətlik olsun, Allah ailəsinə, yaxınlarına səbr versin!



Və Mingəçevirdəki digər Şəhidlərimizin adını daşıyan “Şəhid bulaqları”



Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az