Elman Nəsirovdan Minsk qrupunun həmsədrləri ilə bağlı-“A” VƏ “B” PLANI

Fransanın ATƏT-in Minsk qrupunun həmsədrliyindən uzaqlaşdırılması məsələsi qaldırılmalıdır. Bu məsələnin zamanıdır.

Etikxeber.az xəbər verir ki, bu təkliflə parlamentin bugünkü iclasında YAP-çı millət vəkili Elman Nəsirov çıxış edib.

O, qeyd edib ki, qardaş və dost Türkiyə Fransanın yerinə ATƏT-in Minsk qrupunun həmsədrliyinə cəlb olunmalıdır.

“Mən bu təklifi partiyamılzın adından deyil, bir millət vəkili, bir politoloq kimi təklif edirəm. Hesab edirəm ki, post-müharibə dövründə Türkiyə Minsk qrupunun həmsədri kimi fəaliyyət göstərməlidir. Bu məsələ alınmasa, “B” planı kimi dünyanın nüvə dövlətlərindən biri olan Pakistan Minsk qrupunun həmsədrliyinə cəlb edilməlidir. Pakistan dünyada nüvə silahına malik olan yeganə müsəlman dövlətidir. ATƏT-in Minsk qrupunun 3 həmsədr ölkəsi də nüvə ölkəsidir. Pakistan Minsk qrupuna cəlb olunarsa, dünyanın dörd nüvə ölkəsi post-müharibə dövründə tənzimləmə ilə məşğul olmalıdır. Bu, daha ədalətli olardı”-deyə, millət vəkili əlavə edib.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Bizim heç kimə ərazi iddiamız yoxdur…”-PARLAMENTİN KOMİTƏ SƏDRİ

Read Next

Vergi cərimələrinin bir hissəsi YAŞAT Fonduna-KÖÇÜRÜLƏCƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir