Elman Rüstəmov gedir-YERİNƏ TALEH KAZIMOV GƏLİR – DEPUTATLAR RAZILIQ VERDİ – YENİLƏNİB

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmovun qurumun İdarə Heyətinin üzvlüyündən azad edilməinə razılıq verilib.

Etikxeber.az-ın xəbərinə görə, bununla bağlı məsələ Milli Məclisin (MM) bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

İclasda “Elman Rüstəmovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvlüyündən azad edilməsi haqqında”, elcədə də “Taleh Kazımovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında” qərar layihələri müzakirə edilib.

Hər iki məsələ barədə MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.

Millət vəkilləri hər iki məsələyə razılıqlarını bildirib və qərar layihələri səsverməyə qoyularaq, qəbul edilib.

11:34

***

“İlk olaraq mənə göstərilən ali etimada göstərən Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm”.

Bunu isə MM-in iclasında Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyətinə yeni üzv seçilən Taleh Kazımov deyib.

T. Kazımov dövlət başçısı tərəfindən qoyulacaq tapşırıqları və vəzifə öhdəliklərini layiqincə və vaxtı-vaxtında yüksək peşəkarlıqla icra etməyə söz verib:

“Bir daha hər birinizə təşəkkür edirəm ki, bu təyinatla bağlı pozitiv rəy verdiniz”.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“15 nəfərdən 10-u məndən iş istəyirdi…5 nəfər məndən borc istəyirdi…”-FAZİL MUSTAFADAN MƏMURLARA KƏSKİN ETİRAZ

Read Next

“Milli Məclisin plenar iclaslarından biri Şuşada keçirilsin”-AYDIN MİRZƏZADƏDƏN MARAQLI TƏKLİF

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir