Kürdəmirin İkinci Vətən Müharibəsi Qəhrəmanlarından biri…4 aydır işsiz olan-3 medallı İgidimiz – NATİQ ARAZ OĞLU BƏŞİROV… – FOTOLAR

Natiq Araz oğlu Bəşirov…

Kürdəmirimizin İkinci Vətən Müharibəsi iştirakçılarından, Qələbəmizdə və tarixi Zəfərimizdə payı, yeri olan Vətən sevdalılarımızdan biri…

İkinci Qarabağ Savaşı İgidi və Qəhrəmanı…

Natiq 1999-cu ilin fevral ayının 24-də Kürdəmir rayonunda-sadə bir ailədə anadan olub…

Ailədə iki qardaşdırlar…

Natiq orta məktəbi bitirdikdən sonra, 2017-2018-ci illərdə Qusar rayonunda yerləşən hərbi hissələrdən birində qulluq edib, Vətənə borcunu yetirib…

İkinci Vətən Müharibəsinin 3-cü günündə, sentyabrın 29-da da səfərbərliyə cəlb olunaraq, birbaşa cəbhə bölgəsinə, Vətənin müdafiəsinə göndərilib…

Döyüş yolu da uzun olub…

Cəbhənin Füzuli, Cəbrayıl, Zəngilan Qubadlı istiqamətlərində döyüşlərdə iştirak edib, döyüşüb, vuruşub, ölümlərdən dönüb…

Düz 4 ay sonra, 2021-ci ilin yanvar ayının sonlarında da Ordudan tərxis olunub və evinə, ailəsinə dönüb…

İgidliyinə, Qəhrəmanlığına görə, 3 medalla-“Vətən uğrunda”, “Zəngilanın azad olunmasına görə” “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub…

İgidimizlə də dünən, mayın 28-də Şəhidimiz, Nur üzlümüz Adəm Əliyevin Şəhidliyinin 8-ci ayının tamamı ilə bağlı təşkil edilən anım mərasimində tanış olduq…

Çox sadə, çox mehriban, çox istiqanlı, böyük-kiçik yeri bilən, çox vətənpərvər oğlandır…

Natiqlə Şəhidimizin anım mərasimində bir xeyli söhbətləşdik, həyat, döyüş yolundan danışdıq…

Fəxr ediləsi, qürur duyulası bir gənc, Vətən sevdalısıdır…

Bir daha və hər an yenidən Vətənin müdafiəsinə hazırdır…

Eyni zamanda, çox təəssüflər olsun ki, müharibədən, Ordudan qayıtmasından, tərxis olunmasından 4 aydan çox vaxt keçməsinə baxmayaraq, hələ də işsizdir, hələ də işlə təmin olunmayıb…

Və inanmaq istərdik ki, Kürdəmir rayon rəhbərliyi gec də olsa, Natiqlə maraqlanacaq və onu, Vətən sevdalısı gəncimizi müvafiq işlə təmin edəcək!

Uğurlar olsun, Allah qorusun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

28-29 may 2021-ci il, Kürdəmir

Etikxeber.az

Read Previous

Evin tək, hərbçi və nişanlı oğlu…3 dəfə toyunun vaxtı dəyişdirilən Şəhid Baş leytenant-FƏRRUX BAXIŞ OĞLU HÜSEYNOV… – FOTOLAR

Read Next

Şəhid ailələrinin Astara görüşü…Eyni gündə, eyni yerdə həlak olan Şəhidlərimiz…6 medallı Kamran Seyfullazadənin-AİLƏSİNİ ZİYARƏT… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir