Manaf Ağayev-SAXLANILDI…

Bu gün sosial şəbəkələrdə müğənni Manaf Ağayevin işğaldan azad edilmiş ərazilərə səfərini əks etdirən görüntülər yayılıb.

Etikxeber.az-ın xəbərinə görə, DİN-nin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov mətbuata açıqlamasında bildirib ki, görüntülər yayıldıqdan dərhal sonra polis əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Onun sözlərinə görə, araşdırma zamanı Manaf Ağayevin artıq Bakı şəhərində olduğu müəyyən edilib.

“Müğənni Manaf Ağayev və onun yanındakı vətəndaş polis idarəsinə dəvət olunublar. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, onlar işğaldan azad olunmuş ərazilərə qanunsuz yolla daxil olublar. Bununla bağlı onların izahatları alınıb”– deyə, DİN rəsmisi mətbuata açıqlamasında vurğulayıb.

Bildirilib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Qeyd edək ki, sosial şəbəkələrdə Manaf Ağayevin saxlanılması barədə məlumatlar yayılıb.

Etikxeber.az

Read Previous

15 yaşlı Birinci Qarabağ Savaşı Şəhidi-SEHRAN QƏNİYEVİN ADINI DAŞIYAN “ŞƏHİD BULAĞI”NIN AÇILIŞI OLDU, ANIM MƏRASİMİ KEÇİRİLDİ… – FOTOLAR – YENİLƏNİB – (4)

Read Next

“Onlar hazır olan kimi əsas işlərin görülməsi başlanacaq…”-MM-İN KOMİTƏ SƏDRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir