Milli Qəhrəmanı Murad Mirzəyevə həsr olunan filmin təqdimat mərasimi keçirildi

Aprelin 4-də Beynəlxalq Mətbuat Mərkəzində (BMM) yazıçı-publisist Bəxtiyar Qaracanın “Bitməyən müharibənin qəhrəmanları” silsiləsindən “Muradına çatmayanlar; apreldən əvvəl və sonra” sənədli filminin təqdimat mərasimi keçirilib.

Etikxeber.az xəbər verir ki, Mətbuat Şurası və Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin birgə təşəbbüsü və dəstəyi ilə hazırlanan film aprel döyüşlərində şəhid olan Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant Murad Mirzəyevə həsr olunub.

Filmdə, həmçinin aprel döyüşlərinin əhəmiyyətindən, Azərbaycan Ordusunun şanlı qələbəsindən və Qarabağa böyük qayıdışdan geniş bəhs olunub.

Etikxeber.az

Read Previous

“Strateji tərəfdaşlığı səylərimizlə bundan sonra da fəal inkişaf etdirəcəyik” – PUTİN

Read Next

UEFA: Azərbaycan yığmasını yenilik gözləyir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir