“Nəinki əkin sahələri və mal qara, heç adamlar özü də içməyə su tapmır…”-DEPUTAT DÖVLƏT QURUMLARINI HƏRƏKƏTƏ KEÇMƏYƏ ÇAĞIRDI

Elə bir vəziyyət yaranıb ki, nəinki əkin sahələri və mal qara, heç adamlar özü də içməyə su tapmır.

Etikxeber.az xəbər verir ki, bunu Biləsuvarı parlamentdə təmsil edən millət vəkili Bəhruz Məhərrəmov deyib.

“Səlahiyyətlərimin icrasına başladığım gündən bu məsələni dəfələrlə qaldırmışam, sonuncu dəfə qısa bir müddət öncə Parlamentin tribunasından səslənmişdim, zamanında tədbirlər görülməlidir, əks halda Biləsuvarın kəndləri bu il də susuz qalacaq. Bəli, artıq yuxarı kəndlərimizdə kanallar tam quruyub. Elə bir vəziyyət yaranıb ki, nəinki əkin sahələri və mal qara, heç adamlar özü də içməyə su tapmır. Bu gün yerli icra hakimiyyəti tərəfindən təşkil edilib kəndlərə maşınla su göndərilidi, amma nə vaxta qədər bunu etməyə imkan çatacaq?”-deyən millət vəkilinin sözlərinə görə, məsələ yerli səviyyədə həll olunacaq problem deyil, mərkəzdən köklü yanaşmaya ehtiyac var.

“Ona görə də hökumət strukturlarından xahiş edirəm, hər ötən il vəziyyət daha da çətinləşir, bu məsələyə mümkün qədər tez əncam çəkilməlidir”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Minsk qrupu, xüsusən həmsədr ölkələr bu təşkilatın itirilmiş etimadını bərpa etmək üçün fəaliyyətlərini ciddi şəkildə yenidən nəzərdən keçirməlidir”-MİLLƏT VƏKİLİ

Read Next

Qalib Azərbaycan və onun Qalib Lideri İlham Əliyev Heydər Əliyevin Şah əsərləridir-JALƏ ƏLİYEVANIN YAZISI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir