“Onun kimi şəxsiyyətlər tarixdə az-az yetişir…” – MİLLƏT VƏKİLİ

İkinci müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi, eks-prezident, Ulu Öndər Heydər Əliyev 16 il öncə dünyasını dəyişsə də, bizləri,  canından çox sevdiyi xalqını tərk etsə də, cismən bizlərlə olmasa da,  amma daim ruhən bizlərlə, Azərbaycanımızladır. Onun ruhu daim bizlərin, müstəqil Azərbaycanın baş üzərində dolanır. O, bizimlədir, müstəqil Azərbaycan var olduqca, ruhən bizlərlərdir, bizlərlə olacaq.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Millət vəkili deyib ki, Heydər Əliyev Azərbaycan xalqının tarixdə, 20-ci əsrdə yetişdirdiyi, Böyük Yaradanın Azərbaycan xalqına ərməğan etdiyi nadir şəxsiyyətlərindəndir.

Onun sözlərinə görə, Heydər Əliyev həm də elə bir böyük və tarixi şəxsiyyət, xəzinə, ümmandır ki, təkcə Azərbaycanla məhdudlaşmır, təkcə Azərbaycanın və Azərbaycanın deyil, dünyandır, bəşəriyyətin sərvətidir.

“Heydər Əliyev kimi şəxsiyyətlər tarixdə az-az yetişir.

Və bu xoşbəxtlik, bu lütf heç də hər bir xalqa qismət, nəsib olmur. Azərbaycan xalqı xoşbəxt xalqlardandır ki, Heydər Əliyev kimi bənzərsiz, təkrarsız nəhəng şəxsiyyəti, sərvəti var.

Heydər Əliyev olmasaydı, bugünkü Azərbaycan da olmazdı. Məhz Heydər Əliyevin ağlı, müdrikliyi, nəhəngliyi sayəsində ikinci müstəqil Azərbaycan dövləti ayaq üstə dura bildi, daxili və xarici düşmən-simbioz qüvvələrin anti-Azərbaycan layihələrini, məkrli planlarını alt-üst etdi, Azərbaycanı dağılmaqdan, parçalanmaqdan, məhv olmaqdan, ikinci müstəqilliyini itirməkdən xilas etdi. Bununla da kifayətlənməyib, Azərbaycanın yeni inkişaf və sabitlik mərhələsinə çıxardı.

Onun sayəsində Azərbaycan qısa zaman kəsiyində dünyadakı layiqli yerini tutdu, nüfuz, söz sahibi oldu. İmzasını imzalar içinə qatdı. Azərbaycan nəinki yerləşdiyi bölgənin deyil, Avropanın və dünyanın enerji təhlükəsizliyinin əsas aktorlarından birinə çevrildi. Ölkədə demokratik təsisatlar bərqərar edildi, söz, vicdan, etiqad azadlığı təmin olundu, çoxpartiyalılıq oturuşduruldu.

Bir sözlə, Azərbaycanın soğlun siması bir anın içində gözəlləşdi, gül kimi açılıdı. Bunlar hamısı o böyük qüdrətin, o böyük şəxsiyyətin sayəsində mümkün oldu. Çox əlamətdar haldır ki, bu gün də onun dünya liderləri arasında öz yeri olan İlham Əliyev kimi müdrik və layiqli davamçısı var. Müstəqil Azərbaycan və İlham Əliyevin şah əsəridir. Bunlar bizim tarixi uğurumuz və nailiyyətimizdir.

Bu gün Ulu Öndərin dünyasını dəyişməsdindən, bizləri cismən tərk etməsindən 16 il keçir.Böyük Yaradandan dahi şəxsiyyətə rəhmət diləyir, ruhunu, əziz xatirəsini hörmət və ehtiramla anır, ruhun bizlərlə olduqca, bizlər də, şah əsərin olan Azərbaycanımız da var olacaq deyirəm.

Allah rəhmət etsin!”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

 

Read Previous

“Varislik pozularsa, təbəddülatlar baş verə bilər…”- YAP RƏSMİSİNDƏN XƏBƏRDARLIQ

Read Next

Şimal bölgəsində anası erməni olan bələdiyyə üzvlüyünə namizəd kimdir?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir