Qazi Aqil, Şəhid Vüsal və Şəhidlərimiz, Nur üzlülərimiz…-KAMİL HƏMZƏOĞLU YAZDI

Bu gün növbəti dəfə Qazi və Şəhid ailələrinə baş çəkdim…

Öncə Qəhrəman Goranboyumun, Qəhrəman Qızılhacılımın İkinci Vətən Müharibəsi Qazisi, bir neçə gün əvvəl qardaş Türkiyədən müalicədən, uğurlu əməliyyatdan Vətəninə, iki aydan çoxdur uzaq düşdüyü evinə, ailəsinə dönən İgidimiz, “Cəsur döyüşçü” medallı Aqil Vahid oğlu Eminova baş çəkdim, evində həm özünü, həm ailəsini ziyarət etdim…

8 il dil-ədəbiyyat müəllimi işləyən, son 6 ildə isə (2014-cü ildən 2020-ci ilin oktyabr ayınacan) MAXE olan, oktyabr ayında ağır döyüşlərdən birində çox ağır yaralanan, 6 aya yaxındır ağır müalicələrdən, müayinələrdən, əməliyyatlardan keçən Aqili, Qazimizi evində, ailəsində və əhvalı yüksək səviyyədə görmək həqiqətən çox sevincli, çox əlamətdar, çox ürək açan bir mənzərə idi…

Allahın lütfü,Türkiyəli həkimlərinn yüksək peşəkarlığı və Qazimizin özünün əzmi, iradəsi nəticəsində Aqilin səhhətində əsl möcüzə yaranıb, uğurlu əməlyyatdan sonra səhhətində böyük irəliləyiş yaranıb…

Özü də, ailəsi də çox sevinclidir, hələ də gözlərinə inana bilmirlər…

Bir daha həm özünə, həm də ailəsinə, valideynlərinə-Nüyvər müəllimə, Vahid qardaşa, həyat yoldaşına, övladlarına, Aqil üçün çox böyük həyacan keçirən əmisi Cəmil kişiyə göz aydınlığı verdim…

Bir daha gözləriniz aydın olsun, dedim…

Allah özü bir daha Yar və Yardımçısı olsun, Qazimizin, Qəhrəman Aqilimizin!

***

Sonra qəsəbəmizdəki (kəndimizdəki) Şəhidlər Xiyabanını ziyarət etdim…

Hər dəfə kəndimizə, qəsəbəmizə gələndə ilk ziyarət yerim Qızılhacılı qəbiristanlılğı, Şəhidlər Xiyabanı olur…

Bir daha nur üzlü Şəhidlərimizin-Farizin, Elşənin, Elmanın, Nofəlin, İlkinin, Kənanın, Vüsalın, Bəxtiyarın, Mübarizin…məzarlarını ziyarət etdim…

Çünki özümə borc bilirəm…

Borcumdur, borcumuzdur hər birimizin…

Onlara borcluyam, borcluyuq…

Heç birinə borcumuz bitməz, ödənməz bir ömür boyu…

Nur içində yatsın hər biri…

Məkanları cənnətlik, məqamları Ucalardan uca olsun!

***

Daha sonra Qəhrəman Goranboyumun Qəhrəman Buzluq kəndindən olan və kəndimizdəki Şəhidlər Xiyabanında dəfn olunan Şəhidimiz Vüsal Əmirastan oğlu Naziyevin ailəsini ziyarət etdim…

Çünki söz vermişdim, ziyarət edəcəyimi demişdim…

Qeyd edim ki, Vüsalın atası Əmirastan dayı rəhmətlik atamın dostudur…

Dost kimi də möhtəşəmdir, İnsan kimi də möhtəşəmdir…

Dəyanətli, Məğrur, Qürurlu, Dağ vüqarlı İnsandır-Şəhid atasıdır Əmirastan dayı…

Özü Birinci Qarabağ Savaşının Qəhrəmanı, oğlu Vüsal isə İkinci Vətən Müharibəsinin İgidi, Qəhrəmanı və Şəhidi…

Qəhrəman, Mərd atanın Mərd, İgid və Şəhid Oğlu…

Əmirastan dayı ilə, tək, yeganə və hərbçi olan oğlu Turalla ( Əmirastan dayının digər oğlu Arzuman isə gənc yaşlarında faciəli şəkildə dünyasını dəyişib) xeyli söhbətləşdik, dərdləşdik, bir daha Vüsalın ömür, döyüş yolundan danışdıq…

Hər anı, hər dəqiqəsi Qəhrəmanlıq, İgidlik nümunəsi…

Əmirastan dayının da ən böyük arzusu və istəyi oğlunun, İgid və Şəhid Vüsalın Milli Qəhrəman və ya Vətən Müharibəsi Qəhrəmanı adı ilə təltif olunmasıdır…

Çünki qeyd etdiyim kimi, Vüsal elə bir Qəhrəmanlıq, elə bir İgidlik göstərib, nümayiş etdirib ki, Milli Qəhrəman və ya Vətən Müharibəsi Qəhrəmanı adını tam mənada Haqq edir…

Bəli, hər bir Şəhidimiz Qəhrəmandır..

Onlar Qəhrəman adını öz qanları, öz canları, öz ölümləri, öz Şəhidlikləri ilə qazanıblar…

Hər birinin ruhu qarşısında baş əyirəm, baş əyirik…

İnşallah, çox keçməz Əmirastan dayının da arzusu, istəyi çin olar, reallaşar, az da olsa, acısı dinər, az da olsa, təsəlli tapar…

Allah bir daha səbrinizi versin Əmirastan dayı, Nağıyevlər ailəsi, Şəhid balaları!

Şəhidlər ölməz, Vətən bölünməz!

Kamil HƏMZƏOĞLU (HƏMZƏOĞLU)

11.03.2021-ci il

Etikxeber.az

Read Previous

Hökumət parlamentə-HESABAT VERƏCƏK – MARTIN 16-DA…

Read Next

“Dəmir yumruq” bu dəfə onların çox da böyük tarixi olmayan dövlətçiliyini məhv edəcək…”-MİLLƏT VƏKİLİ YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir