Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Sabah, oktyabrın 2-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçiriləcək.
Etikxeber.az xəbər verir ki, iclasda bitərəf millət vəkili Rafael Cəbrayılovun deputat mandatına xitam verilməsi üçün müraciətə baxacaq və qərar qəbul edəcək.
Qeyd edək ki, borca görə III və IV çağırış Milli Məclisinin vəsiqələrini girov qoyan R. Cəbrayılov mandatdan məhrum edilməsi üçün parlamentə müraciət edib.
Parlament isə məsələyə baxılması üçün MSK-ya müraciət edib.
Xatırladaq ki, R.Cəbrayılov 300 min dollar borca görə deputat vəsiqəsini girov qoyub.
Onun bir neçə şəxsə borclu olduğu bildirilir.
Etikxeber.az