“Şəhid övladı 7 yaşlı Cahid də görüşə mənimlə getmək istədi…”-MİLLƏT VƏKİLİ – FOTOLAR

Biləsuvar rayonu-Səmədabad kəndində Birinci Qarabağ savaşının qəhrəmanlarından, şəhid Məhərrəmov Elman Kərim oğlunun valideynlərini ziyarət etdim. Kərim kişi və Şərqiyyə ana müharibəyə iki övlad yola salıb, biri canını verib şəhid olub, digəri isə sağlamlığından keçib, qazidir. Məhərrəmovlar ailəsi çox zəhmətkeş insanlardır, heyvandarlıqla məşğuldurlar, ona görə də kənddən bir qədər kənarda yaşayırlar.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.

“Söhbət etdik, qayğıları ilə maraqlandım, bəzi xahişləri oldu, səlahiyyətim imkan verdiyi qədər qaldırdıqları məsələlərin həlli istiqamətində çalışacağam. Bir maraqlı məqamı da deyim, Səmədabadda görüşdə təsadüfən qarşılaşdığım Vətən müharibəsi şəhidimiz Namiq Mayılovun övladı 7 yaşlı Cahid də bu görüşə mənimlə getmək istədi, mən də məmnuniyyətlə razılaşdım və onun gəlişi şəhidimiz Elman Məhərrəmovun ailəsinə xüsusi ovqat bəxş etdi…”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Vətəni Vətən edən Vətən sevdalıları-SƏİDLƏR, FƏXRİLƏR, XUDAYARLAR, DEVRANLAR, ORUCLAR, SAMİRLƏR, TƏBRİZLƏR… – FOTOLAR

Read Next

Şuşada “Xarıbülbül” müsiqi festivalı-ŞUŞADA BAYRAM NAMAZI QILINACAQ – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir