“Sülhməramlıların müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri Ağdamdakı mövqelərimizi atəşə tutub”-MN

Martın 10-u gecədən səhər saatlarınadək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri Ağdam rayonunun Çuxurməhlə, Qurdlar, Xıdırlı, Qaradağlı və Qasımlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərimizi müxtəlif çaplı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə Etikxeber.az-a Müdafiə Nazirliyindən (MM) məlumat verilib.

Bildirilib ki, qeyd olunan istiqamətlərdə təxribatların qarşısını almaq məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Etikxeber.az

Read Previous

Avropa İttifaqı ölkələrinin liderləri-UKRAYNADAKI VƏZİYYƏTİ MÜZAKİRƏ EDƏCƏKLƏR

Read Next

Sulu qar yağacaq-BAKIDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir